SON DƏQİQƏ
Bakunews.tv » Cəmiyyət » 7 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

7 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

09.07.2024 16:38 334
Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən 7 siyasi partiyanın 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.

Bununla bağlı məsələ MSK-nın bugünkü iclasında müzakirə olunub.

Bunlar Azərbaycan Xalq Partiyası, Azərbaycan Demokrat Partiyası, Milli Cəbhə Partiyası, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası, Milli İstiqlal Partiyası, Böyük Azərbaycan Partiyası və Ağ Partiyadır.

Müzakirəyə çıxarılan partiyaların seçkilərdə səlahiyyətli nümayəndələri qeydə alınıb.
Xəbəri necə qiymətləndirirsiniz?