SON DƏQİQƏ
Bakunews.tv » İdman » Roma klubu 100 illik tarixində ilkə imza atdı

Roma klubu 100 illik tarixində ilkə imza atdı

02.11.2026 10:55 3
İtaliyanın “Latsio” klubu A Seriyasının ilk 10 turunda tarixi nəticəyə imza atıb.

Bununla da “Latsio” tarixində ilk dəfə mövsümün ilk 10 oyununda 9 qələbə qazanıb. Paytaxt klubu bu göstəriciyə çatan altıncı komanda olub.

Daha əvvəl “Yuventus” 4, “Milan” və “Napoli” hərəyə 2, “Roma” və “Torino” isə bir dəfə ilk 10 turda 9 qələbə əldə edib. Sonuncu dəfə bu nəticəyə 2021/2022 mövsümündə “Milan” və “Napoli” nail olub.

Qeyd edək ki, “Latsio” növbəti turda “Napoli” ilə qarşılaşacaq.

Bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?