SON DƏQİQƏ
Bakunews.tv » Cəmiyyət » Muxtar Babayev Özbəkistan səfiri ilə görüşdü

Muxtar Babayev Özbəkistan səfiri ilə görüşdü

06.08.2024 15:19 228
Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib. 

Görüşdə cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Xəbəri necə qiymətləndirirsiniz?