SON DƏQİQƏ
Bakunews.tv » Cəmiyyət » “Formula 1”ə görə bu yol da bağlanır

“Formula 1”ə görə bu yol da bağlanır

29.08.2024 19:35 182
İstiqlaliyyət küçəsi və onunla kəsişən küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, “Formula 1 Qatar Airways” Azərbaycan Qran Prisi 2024-ə hazırlıq çərçivəsində, 29 avqust saat 23:59-dan etibarən İstiqlaliyyət küçəsinin Məmməd Əfəndiyev, Murtuza Muxtarov, Adil Babayev və Zərgərpalan küçələri ilə kəsişmələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Məhdudiyyətlər yarışların sona çatmasına qədər qüvvədə olacaq.

Qeyd edək ki, “Formula 1 Qatar Airways” Azərbaycan Qran Prisi 2024 13-15 sentyabr tarixlərində keçiriləcək.
Xəbəri necə qiymətləndirirsiniz?