SON DƏQİQƏ
Bakunews.tv » Cəmiyyət » Qətlə yetirilən əsgər evin tək oğlu imiş (FOTO)

Qətlə yetirilən əsgər evin tək oğlu imiş (FOTO)

05.08.2022 12:12 427
Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər 2003-cü il təvəllüdlü Ağamirov Pünhan Səyavuş oğlu Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat edib. İstintaqla hadisənin eyni hərbi hissədə xidmət edən əsgər Kazımov Amil Famil oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.


bakunews.tv-nun unikal-a istinadən əldə etdiyi məlumata görə, həlak olan əsgər Xaçmaz rayonunun Yergüc kəndindəndir. Pünhanın iki bacısı var. O, 2023-cü ilin yanvar ayında hərbi xidmətini başa vuracaqdı.

Qeyd edək ki, faktla bağlı Şəmkir hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?