Cəmiyyət / Sosial
0
Bu gün, 13:38

Qağaməli müəllimin kantorundə DƏRƏBƏYLİK

Qağaməli müəllimin kantorundə DƏRƏBƏYLİK

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri. tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti işçi gileyini ictimailəşdirib.
Bu dəfə narazılıq edən "Neftqaztikinti" Trestinin işçiləridir və onlar yazır:
"Hər dəfə növbə dəyişərkən PSK 173 ilə 7-8 saat gəmidə oluruq Növbə dəyişilən vaxt gəmi 10-12 bloka gedir və bu halda bütün işçilər də həmin gəmidə olur. Bu halda gəmi ilə 7-8 saat yol getdiyimiz halda bizə 3(üç)saat yol qeyd olunur(????). Soruşduqda " demoqoqluq eləmə,xoşun gəlmir get başqa yerdə iş tap "və s.cavabı verilir.
Axı 8(səkkiz)saat yolda oluramsa ,niyə mənə 3(üç)saat yazılır?
And olsun Allaha... gecə işlədirlər yazmılar, hər smenə 4 dəfə boş dayanma yazırlar..."
Bildirək ki, bu müraciəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin maddə 310 ilə cəzalandırıla biləcəyini qeyd edən NMHT sədri qanuna istinadla əlavə edir: "Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət səbəbindən cəza kəsilməlidir.
M.Qəhərmanlı qeyd edir ki, bu hal başqa idarələrdə də müşahidə olunur:
"Təklif edirəm ki, SOCAR-ın rəhbər işçiləri üçün sakit havada (bir az küləkli olsa, gəmilər köhnə olduğu üçün kapitan getməyəcək) özüllərlə tanış olmaq, baxmaq (bir gündə 5-6 özülə) üçün PSK, MPK gəmilərində məcburi gəzinti təşkil olunsun. Bəlkə onda neftçilər normal gəmilərlə təmin olunar..."
Xatırladaq ki, “Neftqaztikinti” tresti 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 25 738 120 manatdır. Trestin rəhbəri Seyfullayev Qağaməli Hökməli oğludur.(Dia-az)
Bakunews.tv
Son xəbərlər