FHN `Qurtuluş 93`də baş verənlərə niyə reaksiya vermir? – Sakinlər narahatdır (VİDEO)
"Fövqəladə Hallar Nazirliyi işbazların qanunsuz əməlləri qarşısında aciz qalıb?"
Masazırda yerləşən yaşayış kompleksinin 78-cı binasının zirzəmisində aparıldığı iddia edilən qazıntı və söküntü işləri sakinlərin narazılığına səbəb olub. Binanın təhlükəsizliyi ilə bağlı yaranan suallar Fövqəladə Hallar Nazirliyinin mövqeyini gündəmə gətirir.
Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkənin müstəqilliyinin qorunması və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində yeni mərhələnin əsası qoyuldu. Bu gün isə vətəndaşların təhlükəsiz yaşayış şəraitinin təmin olunması, çoxmənzilli binaların qorunması və qanunsuz müdaxilələrin qarşısının alınması dövlət qurumları qarşısında duran mühüm vəzifələrdəndir.
Lakin Abşeron rayonunun Masazır kəndində yerləşən Qurtuluş 93 yaşayış kompleksində baş verdiyi bildirilən hadisələr bu məsələlərin nə dərəcədə ciddi nəzarətdə saxlanıldığı ilə bağlı suallar doğurur.
Nyus.Az-ın redaksiyasına kompleksin 78-cı binasında yaşayan bir qrup sakin tərəfindən müraciət daxil olub. Sakinlər binanın zirzəmisində aparıldığı bildirilən qazıntı və söküntü işlərindən narahat olduqlarını, bu müdaxilələrin binanın təhlükəsizliyinə mümkün təsirlərindən ehtiyat etdiklərini bildirirlər.
Zirzəmi obyektə çevrilir, yoxsa binanın təhlükəsizliyi risk altındadır?
Sakinlərin iddiasına görə, binanın zirzəmi hissəsi yaşayış kompleksi satışa çıxarılarkən ehtiyat çıxışı kimi nəzərdə tutulub. Lakin onların sözlərinə əsasən, sonradan zirzəminin çıxışları bağlanıb və ərazinin obyektə çevrilməsi istiqamətində işlər aparılmağa başlanılıb.
Sakinləri narahat edən əsas məqam isə zirzəmidə aparıldığı bildirilən söküntü və qazıntı işlərinin binanın konstruksiyalarına təsir göstərə bilməsi ehtimalıdır.
Əgər aparılan işlər zamanı binanın daşıyıcı konstruksiyalarına müdaxilə edilir və ya təhlükəsizlik normaları pozulursa, bu məsələ yalnız sakinlərin narazılığı ilə məhdudlaşmamalı, aidiyyəti dövlət qurumları tərəfindən araşdırılmalıdır.
Çoxmənzilli yaşayış binalarında özbaşına aparılan tikinti və yenidənqurma işləri sakinlərin həyatı və əmlakı üçün təhlükə yarada bilər. Buna görə də belə hallarda görülən işlərin qanuniliyinin, texniki təhlükəsizlik tələblərinə uyğunluğunun və müvafiq icazələrin olub-olmamasının müəyyənləşdirilməsi vacibdir.
FHN-in Sumqayıt Regional Mərkəzi niyə susur?
Ortaya çıxan suallar Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının diqqətini cəlb etməlidir. Xüsusilə FHN-in Sumqayıt Regional Mərkəzinin Qurtuluş 93 yaşayış kompleksinin 78-cı binasında aparıldığı bildirilən işlərlə bağlı hansı tədbirləri gördüyü maraq doğurur.
Ərazidəki vəziyyət araşdırılıbmı? Binanın zirzəmisində aparılan qazıntı və söküntü işlərinin təhlükəsizlik normalarına uyğunluğu yoxlanılıbmı? Daşıyıcı konstruksiyalara müdaxilə edilibsə, bunun qarşısının alınması üçün hansı addımlar atılıb?
Bunlar sakinlərin cavab gözlədiyi əsas suallardır.
Əgər iddialar təsdiqini taparsa, aidiyyəti şəxslərin məsuliyyəti məsələsinə hüquqi qiymət verilməli, qanun pozuntularının aradan qaldırılması üçün müvafiq tədbirlər görülməlidir. Əks halda, vətəndaşların narahatlığının cavabsız qalması dövlət qurumlarına olan etimad baxımından əlavə suallar yarada bilər.
Sakinlərin təhlükəsizliyi diqqətdən kənarda qalmamalıdır
Qurtuluş 93 yaşayış kompleksi ilə bağlı səsləndirilən iddialar bir daha göstərir ki, yaşayış binalarında aparılan hər hansı qazıntı və yenidənqurma işi ciddi nəzarət altında olmalıdır. Məsələ yalnız zirzəminin hansı məqsədlə istifadə olunması deyil, həm də binanın konstruktiv təhlükəsizliyinin qorunmasıdır.
Nyus.Az olaraq, Fövqəladə Hallar Nazirliyini və digər aidiyyəti qurumları sakinlərin müraciətinə aydınlıq gətirməyə, ərazidəki vəziyyətin araşdırılmasına və nəticələrlə bağlı ictimaiyyətə məlumat verməyə çağırırıq.
Yazıda səsləndirilən məlumatlar sakinlərin redaksiyaya müraciəti və iddiaları əsasında hazırlanıb. Məsələ ilə bağlı aidiyyəti qurumların və işləri həyata keçirən tərəfin mövqeyi dərc olunmağa hazırdır.
Nyus.Az mövzunu diqqətdə saxlayacaq.
Nyus.Az
Bakunews.tv