Elçin Yusubov qiymətləndirmə sektoruna NECƏ NÜFUZ EDİB... - İLGİNC FAKTLAR...
Elçin Yusubovun Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi və fəaliyyəti ilə bağlı korrupsiya və digər cinayət iddiaları üzrə araşdırmaların aparılması barədə məlumatlar bir çoxlarının kürkünə birə salıb, desək, yanılmarıq. Elə bu istiqamətdən "DİA-AZ"a daxil olan informasiyalar da dediklərimizi təsdiqləyir.
Məsələnin diqqət çəkən əsas tərəflərindən biri isə Elçin Yusubovun 2024-cü ildə Azərbaycan Qiymətləndiricilər Palatasının rəhbərliyinin formalaşdırılması prosesində oynadığı rolla bağlıdır. Belə ki, həmin dövrdə Palatanın idarəetmə strukturlarının formalaşdırılmasında iştirak etdiyi, özünə yaxın hesab edilən və şəxsi biznes maraqlarını təmsil etdiyi bildirilən Ramil Qasımzadənin də rəhbər strukturlara daxil edilməsinə təsir göstərdiyi söylənilir. Yəni Elçin Yusubov Qiymətləndiricilər Palatasında Ramil Qasımzadənin xətti ilə bir növ təmsilçilik əldə etmiş olur.
"DİA-AZ"ın əldə etdiyi məlumatlara görə və təqdim edilmiş siyahıya əsasən, Elçin Yusubov və Ramil Qasımzadə ilə əlaqələndirilən, Azərbaycan Qiymətləndiricilər Palatasının üzvləri arasında təxminən 15 şirkətin olduğu bildirilir. Bu şirkətlərin bir qisminin yeni yaradılması səbəbindən onların təsisçiləri, faktiki rəhbərləri və fəaliyyət istiqamətləri barədə məlumatlar əlavə araşdırma tələb edir.
İlkin siyahıda aşağıdakı şirkət və təşkilatların adları yer alır:
Acar Qiymətləndirmə Mərkəzi MMC
AECS MMC
AMP Consulting MMC
AZVALUE MMC
Caspian Valuation MMC
Korall Consulting MMC
Qiymətləndirmə və Consulting Mərkəzi MMC
Sorğu Ekspert Mərkəzi
UNIPICE MMC
Mərkəzi Ekspertiza Bürosu
Central Consulting MMC
Delta Ekspertiza Mərkəzi
BYTA MMC
AZPRICE MMC
Turan Ekspertiza Mərkəzi
Yəni aydın olur ki, Elçin Yusubov qiymətləndirmə sektorunda korporativ maraqlarını məhz yuxarıda adları çəkilən şirkətlər hesabına həyata keçirib.
Hər halda bu faktların hüquq mühafizə orqanları tərəfindən ciddiyə alınaraq araşdırılması vacibdir və həm də ortaya daha ciddi dəlillərin çıxmasına nədən ola bilər.
Məsələ diqqətimizdədir. Davamı mütləq olacaq...
Bakunews.tv