Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır – Vətəndaşlar narazıdır
Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 112 saylı tam orta məktəbin qarşısında küçə itlərinin çoxalması sakinlərin narazılığına səbəb olub.
Sakinlərin sözlərinə görə, məktəbin ətrafında toplaşan sahibsiz itlər yoldan keçən insanlara, xüsusilə də şagirdlərə hürərək onları qorxudurlar. Bu isə məktəbə gedib-gələn uşaqlar və valideynlər üçün ciddi narahatlıq yaradır.
Bildirilib ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, indiyədək problemin həlli istiqamətində heç bir tədbir görülməyib.
Sakinlər aidiyyəti qurumlardan problemin aradan qaldırılmasını və məktəbin ətrafında təhlükəsizliyin təmin olunmasını xahiş edirlər.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxs 29 aprel 2025-ci il tarixində yaradılıb. Bu mərkəz bir başa olaraq məhz bu problemlərlə məşğul olmalıdır.
Bizimesr.info
Bakunews.tv