SON DƏQİQƏ
Bakunews.tv » Cəmiyyət » Xocavəndin Tuğ kəndində Ermənistana məxsus "Mİ-8" helikopterinin qalıqları aşkarlanıb

Xocavəndin Tuğ kəndində Ermənistana məxsus "Mİ-8" helikopterinin qalıqları aşkarlanıb

11.08.2022 18:46 326
Bu gün Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib.

Bu barədə bakunews.tv-ya report-a istinadən Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopteridir.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?