Cəmiyyət
463
15-08-2022, 15:34

Samur-Abşeron kanalı antisanitar vəziyyətdədir

Samur-Abşeron su kanalında antisanitar vəziyyət hökm sürür.

bakunews.tv xəzər xəbər-ə istinadən xəbər verir ki, su kanalı zibil və çirkabın içindədir.

Kanalın Novxanı-Görədil yolunun kənarından keçən hissəsində çirkab, üfunət baş alıb gedir. Sakinlər bildirirlər ki, səbəb əraziyə zibil konteynerlərinin qoyulmaması, bəzi sakinlərin, eləcə də Novxanı çimərliyinə gedənlərin  zibil tullantılarını bu kanala atmasıdır. 

Məsələyə münasibət bildirən "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin mətbuat katibi Dilqəm Şərifov problemdən  xəbərdar olduqlarını və sözügedən kanalın mütəmmadi olaraq təmizləndiyini deyib.

Dilqəm Şərifov onu da bildirib ki, həmin kanalın Novxanı çimərliyinə aidiyyəti yoxdur. Sadəcə olaraq kanal Novxanı çimərliyinə gedən yolun  üzərində yerləşir.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər