SON DƏQİQƏ
Bakunews.tv » Cəmiyyət » Ağır Cinayətlər Məhkəməsində Rasim Məmmədova hökm oxundu

Ağır Cinayətlər Məhkəməsində Rasim Məmmədova hökm oxundu

30.12.2022 01:15 476
Tanınmış iş adamı, “Baku Steel Company” şirkətinin keçmiş rəhbəri Rasim Məmmədovun məhkəməsi yekunlaşıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, R.Məmmədov 14 il müddətə azadlıqdan məhrum edilib. Bundan başqa iş adamına və onun yaxınlarına məxsus üzərinə həbs qoyulmuş 70 milyon manat dəyərindəki əmlaklar da müsadirə olunub.

Xatırladaq ki, R.Məmmədov 2021-ci ildə DTX-nin keçirdiyi əməliyyatla həbs edilib. O, 185 milyon manatlıq yeyintidə təqsirli bilinirdi.
Xəbəri necə qiymətləndirirsiniz?