SON DƏQİQƏ
Bakunews.tv » Cəmiyyət » Natəvan Babayevanın dəfn olunacağı yer bilindi

Natəvan Babayevanın dəfn olunacağı yer bilindi

21.07.2023 09:46 231
Tanınmış telejurnalist Natəvan Babayevanın nəşi Salyan rayonuna gətirilib.

bakunews.tv Report-a istinadən xəbər verir ki, N.Babayeva sabah səhər saatlarında doğulduğu Parça Xalac kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Telejurnalist uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, N.Babayeva 1977-ci ildə Salyan rayounun Parça Xalac kəndində anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirdikdən sonra uzun illər ANS-də, 2016-cı ilin sonlarından AzTv-də aparıcı işləyib.

Allah rəhmət eləsin!
Xəbəri necə qiymətləndirirsiniz?