Cəmiyyət
402
28-06-2022, 14:21

Güclü külək sabah da davam edəcək

Bakıda və Abşeron yarımadasında iyunun 29-da hava şəraiti əsasən yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Xidmətindən bakunews.tv-ya verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-33° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında sabah əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər