SON DƏQİQƏ
Bakunews.tv » Dünya » BMT missiyasının zirehli maşını Malidə minaya düşüb

BMT missiyasının zirehli maşını Malidə minaya düşüb

02.11.2023 21:41 216
BMT missiyasının zirehli maşını minaya düşüb, səkkiz sülhməramlı yaralanıb.

Bu barədə BMT-nin Malidəki Çoxölçülü İnteqrasiya Sabitləşdirmə Missiyası məlumat yayıb.

“Bizim karvandakı zirehli avtomobil Qaoya (Mərkəzi Malinin şimal-şərqində yerləşən şəhər - red.) gedərkən əldəqayırma partlayıcı qurğu ilə partladılıb. Səkkiz sülhməramlı yaralanıb və onlar Qaoya təxliyə ediliblər”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bu, oktyabrın 31-də yola salındıqdan sonra karvana əldəqayırma partlayıcı vasitə ilə üçüncü hücumdur.

Mənbə: gazeta.ru
Xəbəri necə qiymətləndirirsiniz?