Dünya
365
24-07-2022, 15:20

İranın BMT-dəki nümayəndəsi dəyişdi

İranın BMT-dəki nümayəndəsi, səfir Məcid Təxtrəvançinin missiyası başa çatıb.

bakunews.tv apa-ya istinadən bildirir ki, onu bu vəzifədə Səid İrəvani əvəz edəcək.

Səid İrəvani bundan öncə İranın İraqdakı müvəqqəti işlər vəkili, Xarici Əlaqələr üzrə Strateji Şuranın katibi, Ali Milli Təhlükəsizlik Şurası Katibliyinin beynəlxalq təhlükəsizlik və xarici siyasət üzrə müavini kimi vəzifələrdə çalışıb.

O, Nyu-Yorkda missiyasının başlaması ərəfəsində, İran prezidenti İbrahim Rəisi ilə görüşüb.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər