Dünya
288
25-07-2022, 10:45

Xersonda qrivna dövriyyədən çıxarılır

Hazırda Rusiya ordusunun nəzarəti altında olan Xerson vilayətində Ukrayna qrivnası dövriyyədən çixarılacaq.

bakunews.tv izvestiya-ya istinadən xəbər verir ki, bu barədə məlumatı vilayətin hərbi-mülki administrasiyasının rəhbərinin müavini Kirill Stremousov açıqlayıb.

“Xerson vilayətində qrivna tədricən dövriyyədən çıxarılacaq və vilayətdə yalnızca rubldan istifadə olunacaq”, - deyə Stremousov söyləyib. 

Xatırladaq ki, Rusiya ordusu martın 15-i Ukraynadakı müharibə zamanı Xerson vilayətinə nəzarəti ələ keçirib. Mayın 31-də isə dövriyyəyə rubl buraxılıb.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər