Dünya
138
31-05-2024, 15:05

Ukrayna 75 vətəndaşını Rusiya əsirliyindən geri alıb

Ukrayna Rusiya əsirliyindən 75 vətəndaşını geri qaytarıb.

O cümlədən, ukraynalı müdafiəçilər, Milli Qvardiyanın üzvləri və sərhədçilər vətənə qayıdıblar.

Geri qayıdanlardan dördü mülki şəxsdir.

“Bütün bu müddət ərzində biz Rusiya əsirliyindən evə qaytarmaq üçün bir gün belə işimizdən əl çəkməmişik və bu gün bizim daha 75 insanımız Ukraynaya qayıtmışdır Hər birini tapmaq üçün hər cür səy göstəririk”, - prezident Volodimir Zelenski ukraynalıların geri qayıtmasını şərh edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər