Dünya
122
11-07-2024, 19:29

G7 İsrailin bu addımını pislədi

Yeddilik Qrupu (Böyük Yeddilik) ölkələrinin xarici işlər nazirləri İsrailin işğal olunmuş İordan çayının qərb sahilində yaşayış məntəqələrini genişləndirmək üçün atdığı addımları qınayıb.

Bu barədə NATO sammiti çərçivəsində keçirilən görüşün sonunda qəbul edilən birgə sənəddə deyilir.

“İsrail hökumətinin məskunlaşma proqramı beynəlxalq hüquqa uyğun gəlmir və sülh prosesinə ziddir.

Biz iki dövlət prinsipinə əsaslanan davamlı sülhə nail olmaq öhdəliyimizi bir daha təsdiqləyirik”, - deyə bildirilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər