SON DƏQİQƏ
Bakunews.tv » Dünya » Türkiyə İsrailin hərəkətlərini pisləyir

Türkiyə İsrailin hərəkətlərini pisləyir

07.08.2022 20:30 345
Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin Qəzzaya hava zərbələri və Əl-Əqsa məscidinə basqınlarını pisləyən bəyanat yayıb.

bakunews.tv apa-ya istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada İsrailin mülki şəxslərə qarşı davam edən hücumları şiddətlə pisləndiyi bildirilib.

Bəyanatda qeyd olunub ki, İsrailin avqustun 5-də Qəzzaya başlatdığı hücumlar aralarında uşaqların da olduğu çox sayda mülki şəxsin ölümünə səbəb olub:

"Əlavə olaraq, bu gün İsrail parlamentinin üzvü İtamar Ben-Gvir və fanatik yəhudi qruplarının İsrail polisi mühafizəsi altında olan Əl-Əqsa məscidi basqın etdiyi öyrənilib".

Türkiyə XİN bu hadisələri şiddətlə qınadığını deyib.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?