Dünya
384
7-08-2022, 17:21

İsrailin Baş naziri Netanyahu ilə ölkənin milli təhlükəsizliyini müzakirə edib

İsrailin Baş naziri Yair Lapid müxalifət lideri Benyamin Netanyahu ilə görüşüb.

bakunews.tvreport-a istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Görüşdə Yair Lapid Netanyahuya ölkənin milli təhlükəsizliyi barədə məlumat verib.

İclasda Baş nazirin hərbi katibi, general-mayor Avi Gil də iştirak edib.

Qeyd edək ki, iki siyasətçinin görüşü İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında “Sübh” adlı yeni hərbi əməliyyatı fonunda baş tutub.

bakunews.tv
Son xəbərlər