Gəncə şəhərində Vətən müharibəsi qazisi Elçin Əhmədov vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, 36 yaşlı E.Əhmədov səhhətində yaranan problem səbəbindən həyatını itirib.
Qeyd edək ki, mərhum Vətən müharibəsi başlayan zaman Kəlbəcər, Füzuli, Zəngilan istiqamətlərində döyüşüb. Kəlbəcərin işğaldan azad edilməsi istiqamətində gedən döyüşlərdə yaralanıb.
Mərhum ailəli olub, iki azyaşlı övladı yadigar qalıb.
Bakunews.tv