Təhsil
3
Bu gün, 18:27

Deputat özəl məktəblərə ÜSYAN etdi

“Təsəvvür edin ki, bu gün Azərbaycanda 40-50 min manata təhsil haqqı alan özəl orta məktəb var. Dəfələrlə bu məsələni qaldırmışam. Azərbaycanda artıq bu, ciddi problemə çevrilib. Bu cür məktəblər valideynlərin ciblərinə girirlər. Əslində, bu gün özəl təhsillə dövlət təhsili arasında müəyyən qədər fərqlər olsa da, bu qədər ödəniş ödənməsinə dəymir. Buna görə valideynlər diqqətli olmalıdırlar”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, orta məktəb təhsili ilə bağlı bir neçə vacib məqam nəzərə alınmalıdır: “Özəl məktəblərin təhsil haqları dövlət tərəfindən tənzimlənməlidir. Kimin ağlına nə gəlir, o qiyməti qoymalı deyil. Bu gün bəzi özəl məktəblər təhsil haqlarından böyük bir vəsait əldə edirlər. Bəs bu qədər vəsait necə istifadə edilir, hara gedir, bu barədə ümumiyyətlə danışılmır. 30-50 min manat bir məktəbdə təhsilə verməyə dəyməz. Müəyyən məbləğ ola bilər, amma 20-30 min çox böyük məbləğdir”.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər