SON DƏQİQƏ
Bakunews.tv » Dünya » Bu ölkə koronavirusa yoluxma sayında birinci oldu

Bu ölkə koronavirusa yoluxma sayında birinci oldu

28.07.2022 17:50 363
Uzun müddət Covid-19-a yoluxma sayının aşağı olduğu Yaponiyada vəziyyət ağırlaşıb.

bakunews.tv apa-ya istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Son sutkada Yaponiyada yeni növ koronavirusa 200 mindən çox yoluxma aşkar edilib. Halbuki, bütün Avropa üzrə ümumi göstərici 210 900 nəfər olub.

Yoluxma sayının artmasına baxmayaraq hökumət məhdudiyyət tədbirləri tətbiq etməyi planlaşdırmır.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?