SON DƏQİQƏ
Bakunews.tv » Dünya » Bu ölkədə son 10 ildə ilk dəfə döyüş hazırlığı yoxlanılacaq

Bu ölkədə son 10 ildə ilk dəfə döyüş hazırlığı yoxlanılacaq

03.08.2022 11:52 312
Avstraliya hakimiyyəti son 10 ildə ilk dəfə Milli Silahlı Qüvvələrin döyüş hazırlığını yoxlamaq qərarına gəlib.

bakunews.tv sbs telekanalına istinadən xəbər verir ki, müvafiq bəyanatla respublikanın Baş naziri Entoni Albaneze çıxış edib.

“Bu baxış Avstraliyanı dəyişən regional və qlobal strateji vəziyyətə effektiv reaksiya verməyə hazırlayacaq”, - Albaneze deyib.

Telekanalın məlumatına görə, yoxlamanı Müdafiə Nazirliyinin sabiq rəhbəri Stiven Smit və istefada olan baş aviasiya marşalı Anqus Hyuston həyata keçirəcəklər.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?