Dünya
273
4-08-2022, 16:31

Proqramın effektli olmadığını göstərmək üçün görün nə etdi

Hyuston sakini 3D-printerdə çap edilmiş tapança maketləri qutusunu polisə təhvil verdikdən sonra Texas səlahiyyətlilərindən şəxsi silah geri alma proqramı çərçivəsində 3000 dollar alıb.

bakunews.tv oxu.az-a istinadən xəbər verir ki, hər silaha görə səlahiyyətlilər ona 50-200 dollar ödəyiblər.

Həmin şəxs 63 ədəd tapança modelini və onların ehtiyat hissələrini çap edib.

Saxta silahların real qiyməti 6-12 dollar olub.

Amerikalı bildirib ki, o, bu əməlini təkcə pul qazanmaq deyil, həm də bu cür dövlət proqramlarının effektli olmadığını göstərmək üçün planlaşdırıb.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər