Dünya
301
5-08-2022, 13:40

İran “Xəyyam”ı Rusiyaya casusluq edəcək

Rusiya İranın “Xəyyam” peykindən istifadə edərək Ukraynada casusluq etmək niyyətindədir.

bakunews.tv axar.az-a istinadən xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

“Rusiya İrana Ukraynadakı hədəfləri izləmək üçün peykdən müstəqil istifadə etmək niyyəti barədə məlumat verib. Peyk avqustun 9-da Baykonur Kosmodromundan “Soyuz” raketindən istifadə edilərək orbitə buraxılacaq. Rusiya “Xəyyam” üçün mühüm obyektləri demək olar ki, fasiləsiz izləməyə imkan verən yüksək ayırdetmə qabiliyyətinə malik Kanopus-V sisteminin qurulmasına razılıq verib. Peyk vasitəsilə Tehran da bütün Yaxın Şərqi izləyə biləcək”, - məlumatda bildirlir.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər