Dünya
348
7-08-2022, 14:12

Ərdoğan Putinlə şam yeməyindən imtina edib - KİV

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidəki danışıqlardan sonra Rusiya Prezidenti Vladimir Putinlə birgə mətbuat konfransı keçirmək təklifini qəbul etməyib.

bakunews.tv axar.az-a istinadən xəbər verir ki, bu barədə “Kommersant” nəşri yazıb.

Nəşrin iddiasına görə, Ərdoğan Putinlə fotosessiyaları da minimuma endirib. Yalnız bir fotoqraf bir neçə foto çəkib.

“Türkiyə lideri 4 saatlıq danışıqlardan sonra dərhal ölkəsinə qayıdıb. Ərdoğan hətta şam yeməyinə də qalmayıb, 4 saatlıq görüş zamanı isə yalnız çay və qəhvə içib”, - nəşr bildirib.

Qeyd edək ki, liderlərin mətbuat konfransı keçirməyəcəyi əvvəlcədən elan edilmişdi.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər