Dünya
4
Dünən, 06:37

Çin ABŞ-ni siyasi manipulyasiyada ittiham etdi

Çinin BMT-dəki daimi nümayəndəsi ABŞ-ni Ukrayna ətrafındakı vəziyyətdən istifadə edərək Pekinə qarşı əsassız hücumlar etməkdə və qlobal qarşıdurmanı dərinləşdirməkdə günahlandırıb.

Diplomat qeyd edib ki, ABŞ son vaxtlar müxtəlif platformalarda Çinə qarşı ittihamlar irəli sürür və bunu siyasi manipulyasiya məqsədilə edir. Onun sözlərinə görə, Vaşinqtonun məqsədi blok qarşıdurması yaratmaq, parçalanma və münaqişələri təşviq etməkdir.

Fu Tsun ABŞ-ni diqqəti yayındırmaqdan, məsuliyyəti başqalarının üzərinə atmaqdan və dünyada yeni münaqişələr yaratmaqdan çəkinməyə çağırıb.


Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər