Kiprin Limassol şəhəri yaxınlığında yerləşən Böyük Britaniyaya məxsus Royal Air Force-un RAF Akrotiri aviabazasında həyəcan siqnalı elan olunub.
Musavat.com xəbər verir ki, baza istiqamətində İranın pilotsuz uçuş aparatlarının (PUA) yaxınlaşması qeydə alınıb və bu səbəbdən təcili təhlükəsizlik prosedurları işə salınıb.
Hadisə Limassol ərazisində yerləşən strateji hərbi obyektin ətrafında baş verib. Qeyd edək ki, Akrotiri bazası Böyük Britaniyanın Aralıq dənizi regionundakı ən mühüm hərbi məntəqələrindən biridir və Yaxın Şərqdə aparılan əməliyyatlarda mühüm rol oynayır.
Hazırda bazanın hava hücumundan müdafiə sistemlərinin aktiv vəziyyətə gətirildiyi bildirilir.
Musavat.com
Bakunews.tv