Dünya
4
Dünən, 06:34

KİV: İraq radikal qruplaşmaları Küveytə zərbələr endirir

İraqın hərbiləşdirilmiş radikal qruplaşmaları qonşu Küveytə zərbələr endirdiklərini bəyan ediblər.

Məlumata görə, İraq ərazisində fəaliyyət göstərən radikal silahlı qruplar “Küveytə hücumlara görə məsuliyyəti öz üzərlərinə götürdüklərini” açıqlayıblar.

Xatırladaq ki, “Al Hadath” daha əvvəl bildirmişdi ki, İraq ərazisində fəaliyyət göstərən və Tehran tərəfindən dəstəklənən radikal qruplaşmalar regionda gərginliyin artmasından sonra ABŞ-ın həm İraqdakı, həm də ölkə hüdudlarından kənardakı hərbi bazalarına 20 dəfədən çox hücum həyata keçiriblər.

Bakunews.tv
Son xəbərlər