Dünya
306
8-08-2022, 15:00

"Taliban" İŞİD-ə qarşı əməliyyata başlayıb

"Taliban" hökumətinin təhlükəsizlik qüvvələri Əfqanıstanın şərqində yerləşən Kunar əyalətində terrorçu İŞİD qruplaşmasına qarşı əməliyyata başladğını elan edib.

bakunews.tv report-a istinadən xəbər verir ki, bu barədə "Taliban" hərbi qüvvələri 201-ci komandanlığının mətbuat katibliyi açıqlama yayıb.

Bildirilib ki, əməliyyat Kunar əyalətinin Çouki şəhərinin Dare-dive-gül rayonunda keçirilir.

Açıqlamaya əsasən, əməliyyat İŞİD tam məhv edilənədək sürəcək.

"Taliban"ın müvəqqəti hökuməti əməliyyat nəticəsində ölən və yaralananlar barədə məlumat verməyib.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər