Dünya
26
Dünən, 18:09

9 şagirdin ölümünə səbəb olan Arasın atası DANIŞDI

9 şagirdin ölümünə səbəb olan Arasın atası DANIŞDI

Türkiyənin Kahramanmaraş şəhərində 10 nəfərin ölümü ilə nəticələnən məktəb hücumu ilə bağlı istintaq çərçivəsində saxlanılan şəxslərin ifadələri açıqlanıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, hücumu törədən 14 yaşlı İsa Aras Mersinlinin atası, polis baş müfəttişi Uğur Mersinli oğlunun son dövrlərdə davranışlarında dəyişikliklər müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, yeniyetmə əsasən kompüter və mobil telefonla məşğul olur, xüsusilə onlayn döyüş oyunları oynayır və nə ilə məşğul olduğunu gizlədirdi.


Ata qeyd edib ki, təxminən bir ay əvvəl oğlunda silahlara maraq yaranıb: “Dostlarının silahla atış etdiyini deyirdi və mənə nə vaxt ona da atış etdirəcəyimi soruşurdu”.


Uğur Mersinli hadisədən iki gün əvvəl oğlunu polis poliqonuna apardığını və ona bir neçə dəfə atəş açdırdığını bildirib. Onun sözlərinə görə, məqsədi bu marağı azaltmaq olub.


İfadədə qeyd olunub ki, evdə saxlanılan silahlar və sursatlar xüsusi kilidli qutularda qorunurdu. Lakin ata oğlunun bu qutuların açılma qaydasını internet vasitəsilə öyrənmiş ola biləcəyini istisna etməyib.


Mersinli həmçinin bildirib ki, oğlunu əvvəlcə polis psixoloqlarına aparıb: “Onlar hər hansı ciddi problem görmədiklərini, oğlumun çox ağıllı olduğunu dedilər”. Daha sonra isə yeniyetmə təxminən iki ay müddətində özəl psixoloqa aparılıb. Həmin mütəxəssis onun sosial uyğunlaşmada çətinlik yaşaya biləcəyini və nəzarətdə saxlanılmasının vacibliyini bildirib. Buna baxmayaraq, son dövrlərdə o, psixoloqa getməkdən imtina edib.


Qeyd edək ki, hadisə nəticəsində bir müəllim və 9 şagird həyatını itirib, 17 nəfər yaralanıb. Faktla bağlı araşdırmalar davam etdirilir.


Bakunews.tv
Son xəbərlər