Dünya
3
Dünən, 19:32

Serbiya xarici işlər naziri: Üzvlük üçün Avropa İttifaqına yalvarmayacağıq

Serbiya xarici işlər naziri: Üzvlük üçün Avropa İttifaqına yalvarmayacağıq

“Serbiya Avropa İttifaqının (Aİ) bərabərhüquqlu üzvü olmaq niyyətindədir, amma bunu qəbul etməsi üçün ona yalvarmayacaq”.
Teleqraf xəbər verir ki, bunu Serbiya xarici işlər naziri Marko Djuriç deyib.

Nazir Praqada keçirilən mətbuat konfransında bildirib:

“Serbiya Brüsselə əl uzadıb nəsə istəmək və ya tələb etmək üçün getmir. Biz bərabərhüquqlu, özünə hörmət edən, öz maraqları naminə hərəkət etməyə və daha geniş ictimaiyyətə töhfə verməyə hazır və bunlara qadir ölkə kimi gedirik”.

Djuriçin sözlərinə görə, Serbiya Aİ-yə üzvlük ərizəsinə sadiqdir:

“Serbiya tezliklə üzvlük prosesi üçün zəruri olan daha bir qanun paketini qəbul edəcək, ilin sonuna qədər bütün inzibati və texniki prosedurları tamamlamağı hədəfləyir. Amma üzvlüklə bağlı son qərar Aİ-nindir”.

Bakunews.tv
Son xəbərlər