Dünya
300
9-08-2022, 13:44

Kreml Ukraynanı yaradılacaq “Bayraktar” zavoduna zərbə endirməklə təhdid edib

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Ukraynada “Bayraktar” pilosuz uçuş aparatlarını istehsal edəcək zavodun yaradılacağına münasibət bildirib.

bakunews.tv report-a istinadən xəbər verir ki, Kremlin rəsmisi deyib:

“Əgər Ukraynada “Bayraktar” PUA-larını istehsal edəcək zavod yaradılarsa, demilitarizasiyaya uğradılacaq”.

Qeyd edək ki, ötən gün Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar Ukraynada “Bayraktar” PUA-larını istehsal edən zavod tikiləcək. Onun sözlərinə görə, Ukrayna və Türkiyə arasında "Bayraktar" zavodunun tikintisinə dair saziş təsdiqlənib.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər