Dünya
14
Bu gün, 14:27

Şavkat Mirziyoyev Türkmənistan liderini təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkmənistanın Milli Lideri, Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovla telefon danışığı aparıb.

Bildirilib ki, Şavkat Mirziyoyev Türkmənistanın liderini ad günü münasibətilə təbrik edərək ona cansağlığı, ailə səadəti və firavanlıq, qardaş ölkənin xalqına isə sülh və tərəqqi arzulayıb.

Tərəflər ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsini xüsusi vurğulayıblar. Söhbət zamanı əmtəə dövriyyəsinin artması, sənaye, enerji və digər prioritet sahələrdə kooperasiya layihələrinin uğurla icra olunması məmnunluqla qeyd edilib.

Bundan əlavə, qarşı tərəflər cari ilin oktyabrında Türkmənistanda keçiriləcək Mərkəzi Asiya dövlət başçılarının və Azərbaycanın VIII Məşvərət görüşünə hazırlıq prosesi ətrafında fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, 2025-ci il noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər