Kiyevdə 7 iyul Rusiya hücumunda həlak olanlar üçün matəm günü elan edilib.
O vurğulayıb ki, iyulun 7-də şəhərdəki bütün bələdiyyə binalarındakı bayraqlar yarıya endiriləcək. Həmçinin paytaxtdakı dövlət və özəl binalarda dövlət bayraqlarının endirilməsi tövsiyə olunur.
Kiyevdə iyulun 7-də hər hansı əyləncə tədbiri qadağan olunacaq.
Mer xatırladıb ki, şəhərin Podolski və Darnitski rayonlarında zədələnmiş binalarda axtarış-xilasetmə əməliyyatları davam edir. Dağıntılar altında qalan insanları axtarmaq hələ də davam edir.
Bakunews.tv