İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniya və Küveytdə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib.
"Press TV"nin yaydığı məlumata əsasən isə, “Nəsr-2” əməliyyatının səkkizinci dalğası çərçivəsində Küveytdəki ABŞ-nin Əli əl-Salim aviabazası da hədəfə çevrilib. SEPAH-ın bəyanatında qeyd olunub ki, bazadakı C-RAM erkən xəbərdarlıq radar sistemi və ABŞ hərbçilərinin yerləşdiyi ərazi kombinə edilmiş hücumun əsas hədəfləri olub.
Hər iki hücumun nəticələri, mümkün itkilər və dağıntılar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
ABŞ, Küveyt və İordaniya rəsmiləri məsələ ilə bağlı açıqlama verməyiblər.
Bakunews.tv