Səudiyyə Ərəbistanı “Ənsarallah” Hərəkatına (Husilər) qarşı dəniz və Yəmənin mərkəzi hissəsində genişmiqyaslı quru əməliyyatlarına hazırlaşır.
Bildirilib ki, bu addımın məqsədi husilərin Qırmızı dənizin cənub marşrutu üzrə Səudiyyə Ərəbistanının neft ixracına yaratdığı maneələrə son qoymaqdır.
“The Guardian” yazıb ki, Səudiyyə Ərəbistanı hərbi qüvvələri Yəmənin şərqindən geri çəkilir. Yəmənli mənbələrin sözlərinə görə, bu addım mümkün quru əməliyyatına hazırlığın ilkin mərhələsi ola bilər.
Ər-Riyad Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında gəmilərin husilərin hücumlarından qorunması məqsədilə dəniz koalisiyası yaratmağa da çalışır.
Bakunews.tv