Dünya
5
Bu gün, 11:53

Tatarıstan dron hücumuna məruz qalıb, ölənlər var

Tatarıstan (Rusiya) avqustun 10-u səhər saatlarında pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb, nəticədə Nijnekamskda ölənlər var.
Bu barədə Nijnekamsk rəhbəri Radmir Belyayev teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, Nijnekamska kütləvi hücum davam edir.

O qeyd edib ki, pilotsuz uçuş aparatları vasitəsilə həm sənaye, həm də mülki obyektlərə zərbə endirilir.

"Təəssüf ki, ölənlər var", - R.Belyayev bildirib.

O əlavə edib ki, vəziyyət respublika rəhbərliyinin nəzarəti altındadır.

Bakunews.tv
Son xəbərlər