Dünya
4
Bu gün, 17:43

Paşinyan: Yerasx-Naxçıvan dəmir yolu sahəsinin təmiri dövlət hesabına aparılacaq

Yerasx-Naxçıvan və Axurik-Türkiyə sərhədi dəmir yolu sahələrinin yenidən qurulması Ermənistanın dövlət vəsaiti hesabına həyata keçiriləcək.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.

"Tikinti işləri Ermənistanın dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək", - o qeyd edib.

Söhbət Yerasxdan Naxçıvana qədər olan 1,6 kilometrlik və Axurik kəndindən Türkiyə sərhədinə qədər olan 12,4 kilometrlik sahədən gedir.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər