Dünya
303
11-08-2022, 17:49

Tapılan kartla alış-veriş edib, cəzalandırılıb

Rusiyada Moskvanın Tverskoy Məhkəməsi tapılmış kartla alış-veriş haqqını ödəyən qadını 1 il müddətinə azadlıqdan məhrum edib.

bakunews.tv milli.az-a istinadən bildirir ki, bu haqda məhkəmənin mətbuat xidməti xəbər verib.

Şöbədən verilən məlumata görə, cəza alan qadın yoldan keçən bir nəfərin itirdiyi bank kartını tapıb. Daha sonra o, pin kodu daxil etmədən ödəniş bir neçə mağazaya gedib tort, kolbasa, kürü və digər məhsullar alıb. Həmçinin o, başqasının pulu ilə maşına yanacaq doldurub, siqaret alıb.

Kartın sahibi polisə müraciət edərək kartı bloklayıb. Polis kart tapan qadını saxlayıb. O, günahını tamamilə etiraf edib və zərərçəkmişə dəymiş ziyanı ödəyib.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər