Dünya
282
15-08-2022, 12:17

Kliçko 26 illik həyat yoldaşından boşanır

Kiyev şəhərinin meri Vitali Kliçko 26 illik həyat yoldaşı Natalya ilə boşanmaq qərarına gəlib.

bakunews.tv qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, "Babel"ə müsahibəsində deyib.

"Sirr deyil ki, biz uzun illərdir təkcə ayrı şəhərlərdə deyil, həm də ayrı ölkələrdə yaşayırıq. Uzun illər - fərqli maraqlar, fərqli həyat. Və biz bunu rəsmiləşdirmək qərarına gəldik", - Kliçko deyib.

Onun sözlərinə görə, boşanma hər ikisinin istəyi ilə olub.

"Bizim yaxşı münasibətlərimiz qalıb, biz bir-birimizə hörmət edirik, uşaqlar artıq böyükdür və həyat davam edir", - mer əlavə edib.

Qeyd edək ki, Kliçko 1996-cı ildən evlidir. Onun Natalya ilə nikahında üç övladı var: Yeqor-Deniel (2000), Yelizaveta-Viktoriya (2002) və Maksim-Aleksandr (2005).

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər