SON DƏQİQƏ
Bakunews.tv » Dünya » Krımda Rusiyanın daha bir hərbi bazası vuruldu - Video

Krımda Rusiyanın daha bir hərbi bazası vuruldu - Video

16.08.2022 11:40 315
Krımın Cankoy rayonunun Qalay (Azov) kəndində Rusiyaya məxsus hərbi hissə yanır.

bakunews.tv axar.az-a istinadən xəbər verir ki, bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat yayıb.

"Müvəqqəti olaraq işğal olunmuş Krımdan xəbər verirəm: Cankoy vilayətinin Qalay (indiki Azov) kəndində rusların hərbi hissəsinə uğurlu zərbə endirilib. Partlayış səsləri bir saat ərzində eşidilirdi", - Çubarov bildirib.

O əlavə edib ki, zərbələr hərbi sursat anbarlarına dəyib.

Bundan başqa Mayskoe kəndindəki yarımstansiyada da yanğın baş verib.



bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?