Dünya
320
24-08-2022, 18:37

Sevgilisinin səhvinə görə canından oldu

İtaliyanın Alp dağlarında gəzinti zamanı turist sevgilisinin gözü qarşısında yerə çırpılaraq ölüb.

bakunews.tv milli.az-a istinadən bildirir ki, bu barədə Corriere del Veneto yazıb.

30 yaşlı Andrea Mazzetto sevgilisi ilə Viçensa əyalətindəki Asiyaqo yaylasında dağlara gəzintiyə çıxıb. Gənclər yüksəliş zamanı birgə selfi çəkdiriblər, bundan sonra qızın telefonu onun əlindən düşüb. Mazzetto smartfonu götürmək istəyib, lakin müvazinətini itirərək uçurumun kənarından yıxılıb.

Kişi təxminən 650 fut (198 metr) yüksəkliyindən yıxılıb. Xilasedicilər Mazzettoya yalnız helikopterlə yaxınlaşa biliblər. Onlar italiyalının öldüyünü görüblər.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər