SON DƏQİQƏ
Bakunews.tv » Dünya » Rusiyanın itkiləri açıqlandı

Rusiyanın itkiləri açıqlandı

25.08.2022 18:10 400
"Ukraynada Rusiya ordusunun daha 150 hərbçisi məhv edilib".

bakunews.tv report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 45 850-ə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 929 tank, 4 245 zirehli döyüş maşını, 1037 artilleriya sistemi, 272 reaktiv yaylım atəşi sistemi, 148 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 202 helikopter, 828 PUA, 196 qanadlı raket, 15 gəmi, 3 160 avtomobil texnikası və avtosistern, 99 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?