SON DƏQİQƏ
Bakunews.tv » Dünya » Putini əvəz edəcək və savaşı dayandıracaq lider...

Putini əvəz edəcək və savaşı dayandıracaq lider...

26.08.2022 16:47 302
Bu gün Rusiya Federasiyasında Prezident Vladimir Putini əvəzləyə biləcək və ukraynalılara özlərini dərhal təhlükəsiz hiss etdirəcək bir namizəd yoxdur.

bakunews.tv axar.az-a istinadənxəbər verir ki, bunu Böyük Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons deyib.

Səfirin sözlərinə görə, Rusiyada siyasi rejimin dəyişməsi və xalqın demokratikləşməsi üçün müəyyən vaxt lazımdır:

“Rusiya vətəndaşlarının nə qərar verəcəklərindən asılı olmayaraq, onlara vaxt lazımdır. Ona görə də hesab edirəm ki, biz hamımız - ukraynalılar, eləcə də Avropa və digər ölkələr uzunmüddətli perspektivə baxdığımızı qəbul etməliyik. Və biz hamımız öz siyasətimizi buna uyğun şəkildə dəyişməliyik”.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?