Dünya
318
29-08-2022, 12:18

FTX: Duqinanın daha bir qatili varmış - Video

Jurnalist və politoloq Darya Duqinanın qətlini Moskvada Natalya Vovkla birlikdə Ukrayna təxribat və kəşfiyyat qrupunun başqa bir üzvü hazırlayıb. O, partlayışdan bir gün əvvəl Rusiyanı tərk edib.

bakunews.tv axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

“Müəyyən edilib ki, Duqinanın qətlini Natalya Vovkla birlikdə Moskvada Ukrayna təxribat-terror qruplaşmasının digər üzvü, Ukrayna vətəndaşı, 1978-ci il təvəllüdlü Boqdan Petroviç Çıqanenko hazırlayıb. O, 2022-ci il iyulun 30-da Estoniyadan Rusiyaya gəlib və Duqinanın öldürülməsindən bir gün əvvəl ölkəni tərk edib”, - məlumatda deyilib.

İddialara görə, Çıqanenko Natalya Vovka Qazaxıstan vətəndaşı Yuliya Zaykonun adına saxta avtomobil nömrəsi və sənədlərini verib. Və ona Moskvanın cənub-qərbində icarəyə götürülmüş qarajda əldəqayırma partlayıcı qurğu yığmağa kömək edib:

“Kameraların tədqiqi nəticəsində məlum olub ki, cinayəti törədən Ukrayna vətəndaşı 1979-cu il təvəllüdlü Natalya Pavlovna Vovk “Ənənə” festivalının qonaqları üçün nəzərdə tutulmuş dayanacaqda Darya Duqinanı şəxsən izləyib”



bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər