Dünya
341
6-09-2022, 17:29

İsveçin baş naziri səhvən başqa Lizi təbrik etdi

İsveçin Baş naziri Maqdalena Andersson rəsmi "Twitter" səhifəsində Liz Trassı Böyük Britaniyanın Baş naziri təyin olunması münasibətilə təbrik edib.


bakunews.tv oxu.az-a istinadən xəbər verir ki, lakin o, təbrik yazısında Mühafizəkarlar partiyasının yeni seçilmiş lideri və Nazirlər Kabinetinin yeni rəhbəri Liz Trassı deyil, onun naməlum adaşı, Liz Trassellin səhifəsini işarələyib.

Bir müddət sonra paylaşımdakı @liztruss işarəsi @trussliz olaraq dəyişdirilib.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər