SON DƏQİQƏ
Bakunews.tv » Dünya » Hindistan Pakistanla sərhəddə bu raketləri yerləşdirir

Hindistan Pakistanla sərhəddə bu raketləri yerləşdirir

26.12.2022 12:15 312
Hindistanın Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələri üçün 120-yə yaxın “Pralay” ballistik raketinin alınmasına icazə verib və onları Pakistan və Çinlə sərhədə yerləşdirəcək.

bakunews.tv axar.az-a xəbər verir ki, bu barədə “Ani” xəbər agentliyi məlumat yayıb.

“Müdafiə Nazirliyində keçirilən yüksək səviyyəli müşavirədə silahlı qüvvələr üçün 120-yə yaxın raketin alınması və onların sərhədlərdə yerləşdirilməsi təsdiqlənib”, - məlumatda qeyd edilib.

Bildirilir ki, 2015-ci ildə yaradılan “Pralay” raketləri 150-500 km məsafədəki hədəfləri vura bilir. Raket öz uçuş yolunu dəyişməyə qadirdir ki, bu da onun məhv edilməsinin qarşısını alır.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?